Azərbaycanda narkomanların İnsanın İmmunçatışmazlığı Virusuna (QİÇS) yeni yoluxma hadisələrinin sayında azalma müşahidə olunur.
Xeberlenti.com “Operativ Media” -ya istinadən xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu məlumat yayıb.
Məlumatda qeyd edilib ki, Respublika QİÇS-lə Mübarizə Mərkəzinin bildirdiyinə görə, ötən 7 ay ərzində İİV-ə 799 nəfər yoluxub.
Onlardan 786 nəfəri Azərbaycan vətəndaşı, 13 nəfəri isə əcnəbi olub. Azərbaycan vətəndaşları arasında 43 nəfəri (5,4%-i) inyekson narkotik istifadəçiləri olub.