XƏBƏRLENTİ

xeberlenti.com

Rusiya Ermənistanın bu addımını təxribat adlandırdı

Rusiya Xarici İşlər Nazirliyi Ermənistanda çap olunan tarix dərsliyinin “Şərqi Ermənistanın zorla Rusiyaya birləşdirilməsi” fəslinin təxribat xarakterli olduğunu bildirib.

Xeberlenti.com “Qafqazinfo”-ya istinadən  xəbər verir ki, bu barədə nazirlik şərh yayıb.

Kreml sözügedən məktəb dərsliyində “Şərqi Ermənistanın zorla Rusiyaya birləşdirilməsi” adlı fəslin olmasını “tarixi yenidən yazmaq” cəhdi kimi qiymətləndirib.

Söhbət səkkizinci sinif dərsliyindən gedir, onun mətni Ermənistanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinin tabeli strukturunun saytında dərc olunub. Kitabın rəqəmsal versiyası 2024/2025-ci tədris ili üçün oxumaq və sifariş vermək üçün mövcuddur.

Rusiya XİN bildirir ki, fəsildə hadisələr təhrif olunmuş formada çatdırılır.

“Söhbət ümumi tariximizi yenidən yazmaq üçün növbəti həyasız cəhddən gedir. 1826-1828-ci illər Rusiya müharibəsinin nəticələri təhrifə məruz qalıb və Türkmənçay sülhü Şərqi Ermənistanın “ilhaqı” kimi qeyd edilib”, – nazirlik vurğulayıb.

Rəsmi Kreml həmin kitabın istifadəyə verilməyəcəyinə ümidvar olduğunu qeyd edib.

 

About Author