ABŞ prezidenti Co Bayden İsrailin hücumlarını davam etdirdiyi Qəzzada atəşkəsin hələ də mümkün olduğunu deyib.
Xeberlenti.com qərb mediasına istinadən xəbər verir ki, bu barədə Bayden dövlət katibi Antoni Blinkenin Qəzzadakı vəziyyəti müzakirə etmək üçün İsrailə getməsindən sonra mətbuata açıqlama verib.
Qəzzadakı vəziyyətlə bağlı danışıqların davam etdiyini bildirən Bayden, “Biz mübarizəni dayandırmırıq. Qəzzada atəşkəs hələ də mümkündür” deyib.
Qeyd edək ki, ABŞ dövlət katibi Antoni Blinken İsrail və HƏMAS arasında Qəzza zolağında əsirlərin mübadiləsi və atəşkəsin əldə edilməsi məqsədilə Qətərin paytaxtı Dohaya səfər edib.