Aleksandr Lukaşenko “Rossiya-1” telekanalına müsahibəsində bildirib ki, Belarus ordusunun demək olar ki, üçdə birini Ukrayna ilə sərhədə keçirib.
Lukaşenkonun sözlərinə görə, belə bir addım Ukraynanın nəinki “120 mindən çox hərbçini Belarusla sərhədləri yaxınlığında saxlaması”, həm də əlavə hissələrin köçürülməsinə başlaması səbəbindən atılıb. O əlavə edib ki, sərhədin hər iki tərəfində müharibənin əvvəlində oraya köçürülən bölmələr qalıb.
“Ukrayna ilə sərhəddən qoşunlarımızı çıxarmaq bizim üçün ölüm kimidir. Müharibə davam edir”, – Lukaşenko bildirib. Onun sözlərinə görə, Belarusun qərb sərhədində də müdafiə gücləndirilib. “Brestdən Qrodnoya və oradan daha yüksəklərə qədər müdafiə xətləri çəkilib. Litva və Polşa sərhədləri bizim üçün əlverişli şərtlərlə praktiki olaraq bağlıdır. Ukrayna-Rusiya xüsusi hərbi əməliyyatından (SVO) biz də öyrənirik. Biz onu hara yerləşdirmək lazım olduğunu görürük” – Lukaşenko deyib.