XƏBƏRLENTİ

xeberlenti.com

Əkizlərdən biri ABŞ, digəri Britaniya universitetinə qəbul oldu – BANM məzunlarından unikal hadisə

SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) məzunları Rəşad və Rəşid Azadlı qardaşları “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”nın iştirakçısı adını qazanıblar.

Əkizlər BANM-da eyni ixtisasla yanaşı, həm də eyni qrupda təhsil alıblar.

 

 

Rəşad Azadlı – (2024-cü il məzunu) ABŞ-nin Texas A&M Universitetinin Təhlükəsizlik mühəndisliyi ixtisasında magistratura təhsili alacaq. Rəşad 2019-cu ildə 679,3 balla BANM-ın Neft-qaz mühəndisliyi ixtisasına daxil olub. Prezident təqaüdçüsü idi. Tələbəlik illərində SOCAR-ın “Gənc İstedadlar Proqramı”nın qalibi olub. Ölkə daxili və xaricində bir sıra yay məktəblərində iştirak edib. “bp Summer Engineering School”, bp-nin təlim düşərgəsi və Polşanın Krakov şəhərində keçirilən “SPINAKER Yay məktəbinin II buraxılışı”nın iştirakçısı olub.

 

 

Rəşid Azadlı – (2024-cü il məzunu) Britaniyanın Mançester Universitetinin Bərpa olunan enerji və təmiz texnologiya ixtisasında magistratura təhsili alacaq. Rəşid 2019-cu ildə 663 balla Ali Məktəbin Neft-qaz mühəndisliyi ixtisasına daxil olub. Tələbəlik illərində “SOCAR UPSTREAM Management International MMC” şirkəti və “Bahar Energy” əməliyyat şirkətində təcrübə keçib. SOCAR-ın “Gənc İstedadlar Proqramı”nın qalibi olub. BANM-ın Tələbə və Gənc Tədqiqatçıların V Beynəlxalq Elmi Konfransında iştirak edib, fərqlənmə dərəcəsinə layiq görülüb. “Mühəndislər üçün biznes təhsili” layihəsində iştirak edib.

About Author