Çin ABŞ-nin nüvə strategiya hesabatından “ciddi narahat olduğunu” bildirib.
Xeberlenti.com Apa-ya istinadən xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyindən bildirilib.
Qeyd edilib ki, Çin ABŞ-nin ölkənin nüvə silah arsenalını sürətlə genişləndirməyə yönəlmiş nüvə strategiya planını təsdiqlədiyini bildirən hesabatdan ciddi narahatdır.
“ABŞ Çin nüvə təhdidi hekayəsini yayır, strateji üstünlük əldə etmək üçün bəhanələr axtarır”, – Çin Xarici İşlər Nazirliyinin sözçüsü vurğulayıb.