XƏBƏRLENTİ

xeberlenti.com

QHT “Səssiz Dünyaya Körpü” adlı layihəsini uğurla başa vurdu

Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım “İctimai Birliyi 01 iyun 2024 cü il tarixindən “Səssiz Dünyaya Körpü” adlı layihə icra planına uyğun olaraq 3 ay davam etdi. Layihədə valideyinlər üçün İşarət dili təlimləri təçkil edilmişdi. Təlimlər həftədə iki dəfə olmaqla CIBS Təlim və Psixologiya mərkəzində həyata keçirilirdi.

Xeberlenti.com  QHT.az-a istinadən  xəbər verir ki, layihə rəhbəri Cəmilə Çingizqızı “3 ay davam edən layihəmizin sonuna gəldik. Beləliklə eşidən valideyinin, “səssiz dünya”da olan övladı ilə bir  birlərini başa düşmələri üçün “Səssiz Dünyalarına Körpü” saldıq.

İlk olaraq Milli donorumuz olan və hər zaman bizə dəstək göstərən Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə öz adımdan və eşitmə məhdudiyyətli övladları olan valideyinlər adından, “Səssiz Dünyaya Körpü” adlı layihəmizə dəstək göstərdikləri üçün təşəkkür edirik. Layihəmizin icrası üçün məkan ayıran dəstəkçimiz isə CIBS Təlim və Psixologiya mərkəzidir. Bu mərkəz 16 təlim boyunca bizə təmənnasız xidmət göstərərək, layihəmizin valideyinlər üçün dahada əlçatan məkanda olmasını təmin etdi. Diqqət və qayğısına görə CİBS Təlim və Psixologiya Mərkəzinin rəhbəri Gülnarə xanım Tağıyevaya təşəkkür edirik.

Təlimlərə qatılan valideyinlər davamlı olaraq çox böyük həvəslə təlimlərdə iştirak etdi. Təlimlərimizin maraqlı keçməsi üçün eşitmə məhdudiyyətli uşaqlar öz valideyinləri ilə bəzi təlimlərə qatılır, dialoqlar qururdular. Valideyinlərin bir araya gələrək övladlarının dilini öyrənilməsi, valideyinlər tərəfindən yüksək dəyərləndirildi. Təlimlərin ilk günü bu dili mənimsəməkdə çətinlik çəkdiklərini, təlim zamanı auditoriyada olan anaların qarşısında dərsi danışmaqdan çəkinən valideyinlər, sonda bu təlimin heç bitməməsini arzu etdilər. Hətda kamera qarşısında hər biri intervyu verib layihə haqqında öz fikirlərini bölüşdülər. Bu təlim onların həm də sosiallaşmasına böyük təsir etdiyini düşünürəm. Layihə rəhbəri və bir ana olaraq , valideyinlərin rəylərinə əsaslanaraq bu layihəni uğurlu hesab edirəm. Eşitmə məhdudiyyətli övladı olan valideyinlərin bir araya gələrək bir-birlərinə informasiya ötürməkləri, motivasiya verməkləri, uğur və problemlərini bölüşmələrinə çox ehtiyacları var və bu çox vacibdir. Valideyinlərin İşarət dilini öyrənmələrini görən uşaqların isə sevincini yalnız gözlə görmək lazım idi. Təlimlərimiz çox maraqlı və interaktiv keçirdi. Davamlılığı təmin etmək üçün layihəmizin İşarət dili təlimçisi Elmira xanım Əsgərova və Psixoloqumuz Ləman xanım Rəfiyeva valideyinlərin sualları, onları narahat edən problemləri hər zaman cavablandırmağa hazır olduqlarını bildirdilər.”

Layihə sonunda təlimləri uğurla başa vuran valideyinlərə İctimai Birliyimiz adından  “Səssiz Dünyaya Körpü” adlı kitab hədiyyə edildi və sertifikat təltif olundu. Tədbir sonu simvolik olaraq təlim iştirakçıları və uşaqlar üçün layihənin adı ilə bağlı tort kəsilərək, çay süfrəsi təşkil olundu.

About Author