Paytaxtın Nərimanov rayonunda bıçaqlanma baş verib.
Xeberlenti.com xəbər verir ki , hadisə avqustun 21-də qeydə alınıb.
Bakı şəhər sakini 1984-cü il təvəllüdlü F.Quliyev münaqişə zəminində bacısı 1986-cı il təvəllüdlü Ruhiyənin döş qəfəsinə bıçaqla xəsarət yetirib.
F.Quliyev polis əməkdaşları tərəfindən saxlanılıb.
Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.