Xeberlenti.com Trend.az-a istinadən xəbər verir ki , bu barədə Bakıdakı Bonera adasına həsr olunmuş beynəlxalq konfransda Afrika-Karib Assosiasiyasının vitse-prezidenti Rutşaini Jané Holder bildirib.
“O, vurğulayıb ki, gənc mütəxəssislər olaraq, ölkəmizdə layiq olduğumuz imkanları əldə etməyimiz çox vacibdir. İşə qəbul zamanı bir çox çətinliklərlə qarşılaşırıq. Əvvəlcə bakalavr və ya magistr dərəcəsi almaq üçün xaricdə oxumalı oluruq. Qayıtdıqdan sonra diplomlarımız tanınmır. Bizə deyirlər ki, ixtisas üzrə iş təcrübəmiz yoxdur və bacarıqlarımızı göstərmək üçün sınaq müddəti verilmir”, – deyə o vurğulayıb.
Afrika-Karib Assosiasiyasının vitse-prezidenti əlavə edib ki, artıq işəgötürənlərin tələblərində daha realist və çevik olmağın vaxtı çatıb.
“Şirkətlər məzunlar və gənc işçilər üçün xüsusi hazırlanmış təlim və mentorluq proqramlarını həyata keçirmirlər. Biz, gənc mütəxəssislər, uğur qazanmağımız və adamızda iş təcrübəsi əldə etməyimiz üçün alətlər və dəstək istəyirik.
2010-cu ildən bəri iş yerlərinin əksəriyyəti avropalılara və digər qeyri-yerli sakinlərə, adağa köç edənlərə təqdim edilir. Bonaire-də rəsmi olaraq işəgötürənlərdən yerli əhalidən işçi götürmək tələb olunur. Lakin, təəssüf ki, bir çoxları bu tələbi yerinə yetirmir. Bu isə, gənc yerli sakinlərin iş təcrübəsi qazanmaq şanslarını daha da azaldır,” – deyə o əlavə edib.
Qeyd edək ki, Bakıdakı Bonaire adasına həsr olunmuş beynəlxalq konfrans keçirilir, hansı ki, Niderlandın kolonial hakimiyyəti altındadır. Tədbirin təşkilatçıları Bakı İnkişaf Qrupu (BİQ) və Bonaire adasında insan hüquqları və dəyişikliklər üçün Hərəkatdır.
Konfransda “Bonaire adasının BMT-nin Baş Assambleyasında Bakı İnkişaf Qrupu vasitəsilə özünü müəyyənləşdirmə yolu” adlı çıxışlar edilib. Konfransda kolonializmə qarşı mübarizə aparan və azadlığa can atan Bonaire xalqının nümayəndələri, həmçinin Beliz, Sent-Vinsent və Qrenadin, Surinam, Sent-Lüsiya, Böyük Britaniya, Meksika, Niderland, BMT və digər beynəlxalq və regional təşkilatların rəsmi şəxsləri və nümayəndələri iştirak ediblər. Bundan əlavə, konfransda insan hüquqları müdafiəçiləri, qeyri-hökumət təşkilatlarının rəhbərləri, dekolonizasiya sahəsində mütəxəssislər və tədqiqatçılar da iştirak edib.