Bryansk vilayətinin qubernatoru Aleksandr Boqomaz Ukrayna ilə sərhəddə, Klimovski rayonunda döyüş olması barədə xəbərləri təsdiqləyib. Onun sözlərinə görə, döyüş artıq başa çatıb. Boqomaz Ukrayna təxribat və kəşfiyyat qrupunun Rusiya ərazisinə soxulmağa çalışdığını yazıb.
Bryansk vilayəti həm Ukrayna, həm də Belarusiya ilə həmsərhəddir, Klimovski rayonu isə üç ölkənin sərhədində yerləşir. Kursk bölgəsindəki döyüş zonası buradab təxminən 150 kilometr məsafədədir.