XƏBƏRLENTİ

xeberlenti.com

Qəzza ilə bağlı danışıqlar nə vaxt başlayacaq?

Qəzza zolağında atəşkəsə dair Qahirədə başlamalı olan danışıqların növbəti raundu gələn həftəyə keçirilib.

Xeberlenti.com  xəbər verir ki, bu barədə “The National” mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, bu qərar tərəflərin yeni təklifləri müzakirə etməyə vaxtlarının olması üçün verilib.

Məlumata görə, ABŞ, Misir və Qətər yenidən danışıqlarda vasitəçi kimi çıxış edəcək. İsrail nümayəndə heyətinin də dialoqa qoşulacağı gözlənilir.

Nəşrin mənbələrinə görə, HƏMAS-ın görüşdə fiziki olaraq iştirak etməsi ehtimalı azdır.

Xatırladaq ki, bir gün əvvəl EFE agentliyi danışıqların qeyri-müəyyən müddətə dayandırılması ilə bağlı məlumat yaymışdı.

About Author