XƏBƏRLENTİ

xeberlenti.com

Qarabağ müharibəsi veteranlarının sayı ARTIB

Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və rəsmi olaraq “Müharibə veteranı” statusu almış şəxslərlə bağlı ən son statistika məlum olub.

Xeberlenti.com  saytının Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, Qarabağ müharibəsi veteranlarının sayı artıb.

Belə ki, 2024-cü il iyul ayının 1-i vəziyyətinə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş 184.094 nəfər rəsmi olaraq “Müharibə veteranı” statusu daşıyır.

Bura həm Birinci, həm də İkinci Qarabağ müharibəsinin iştirakçıları daxildir.

Müharibə veteranlarına ayda 80 manat təqaüd verilir.

Xatırladaq ki, bu ilin əvvəlində Qarabağ müharibəsi veteranlarının sayı 180.476 nəfər idi.

Veteranların sayının artımı İkinci Qarabağ müharibəsinin iştirakçıları ilə bağlı aparılan araşdırma nəticəsində 4 minədək şəxsə rəsmi status verilməsi ilə bağlıdır.

About Author