Tatarıstanın paytaxtı Kazanın hava limanının fəaliyyəti müvəqqəti olaraq dayandırılıb.
Xeberlenti.com xəbər verir ki, bu barədə məlumatı Rusiya Federal Hava Nəqliyyatı Agentliyi (Rosaviasiya) yayıb.
Bildirilir ki, bu barədə qərar uçuşların təhlükəsizliyini təmin etmək məqsədilə verilib.
Qeyd olunub ki, bu cür məhdudiyyətlər pilotsuz uçuş aparatı ilə hücum təhlükəsi olduqda tətbiq edilir.
“RİA Novosti” isə Kazan istiqamətində uçan təyyarələrin Samarada ehtiyat aerodroma yönləndirildiyini yazıb.