XƏBƏRLENTİ

xeberlenti.com

Sumqayıtda yataqxanada yanğın – Xəsarət alan var

Sumqayıt şəhərində yanğın olub.

Xeberlenti.com Unikal.az-a istinadən xəbər verir ki ,  beşmərtəbəli yataqxana binasının 2-ci mərtəbəsinin dəhlizində həcmi 5 litr olan məişət qaz balonunun başlıq hissəsi və 3 paq.m elektrik naqili yanıb.

Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Yataqxana binası yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

About Author