XƏBƏRLENTİ

xeberlenti.com

“Ermənistana vədlərin verilməsi bölgə üçün ciddi təhlükədir”

Xeberlenti.com  xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov serbiyalı həmkarı Marko Curiçlə birgə mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Ermənistan konstitusiyasında, bir sıra normativ hüququ aktlarında Azərbaycan ərazisinə dair iddiaların qaldığı faktı qeyd olunub. Bunun sülh və normallaşma üçün ən ciddi təhdid elementi olaraq qaldığı qeyd edildi.

“Hesab edirik ki, 2024-cü ildə ötən illə müqayisədə Ermənistan hərbi büdcəsinin təqribən 50 faiz artması bölgədə sabit sülh və əmin amanlığın yaradılmasına əngəl olan faktordur. Bəzi ölkələrdə Ermənistana vədlərin verilməsi, təhrikedici addımların atılması bölgə üçün ciddi təhlükə mənbəyi olaraq qalmaqdadır. Tərəfimizdən müşahidələr aparılır və hesab edirik ki, Ermənistan sülh müqaviləsinin başa çatdırılmasında maraqlıdırsa, atdığı addımları ciddi nəzərdən keçirməlidir.

About Author