XƏBƏRLENTİ

xeberlenti.com

Rusiyanın Kamçatka yarımadasında qəzaya uğramış Mi-8 helikopterinin göyərtəsindəki bütün şəxslərin cəsədləri tapılıb

Xeberlenti.com  xəbər verir ki, bu barədə məlumatı Rusiyanın Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidməti yayıb.

“Xilasedicilər 22 nəfərin cansız bədənlərini aşkarlayıb. Onlardan 19-u turist, 3-ü ekipaj üzvüdür”, – məlumatda deyilir.

Rusiya FHN axtarışların başa çatdığını açıqlayıb.

Xatırladaq ki, avqustun 31-də yoxa çıxmış helikopter Vaçkajets vulkanı-Nikolayevka kəndi marşrutu üzrə hərəkət edirdi.

About Author