XƏBƏRLENTİ

xeberlenti.com

Fransa beynəlxalq hüquqa qarşı çıxır! 

Azərbaycan hökumətinin və Bakı Təşəbbüs Qrupunun bizə dəstəyini yüksək qiymətləndirir və təşəkkürümüzü bildiririk.

Xeberlenti.com  xəbər verir ki, bu fikirləri Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə sentyabrın 3-də Bakıda keçirilən “Qəmər Adaları İttifaqının Mayot adasının Fransa tərəfindən qeyri-qanuni işğalı” mövzusunda beynəlxalq konfransda Mayot Adasının Müstəqilliyi Uğrunda Mübarizə Komitəsinin üzvü Ahmed Tabet səsləndirib.

Ölkəsinin müstəqillik uğrunda mübarizəsindən bəhs edən qonaq bildirib: “Fransa xalqımıza qarşı müstəmləkəçilik siyasəti aparır. Qəmər xalqının müstəqilliyi BMT tərəfindən tanınıb. 1975-ci ildən sonra Fransa yenidən ordusunu Mayota yerləşdirdi. BMT-nin Fransa ordusunun Mayotdan çıxarılması ilə bağlı qətnamələri olsa da, müstəmləkəçi ölkə buna əhəmiyyət vermir və bununla Fransa beynəlxalq hüquqa qarşı çıxır”, – deyə Ahmed Tabet qeyd edib.

About Author