XƏBƏRLENTİ

xeberlenti.com

İran XİN-də rusiyalı səfirlə görüş keçirildi

Xeberlenti.com  “IRNA” agentliyinə istinadən xəbər verir ki, tərəflər Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib.

Bildirilib ki, Dəmirçilu Dedovla, həmçinin “3+3” konsultativ formatı çərçivəsində planlaşdırılan görüş ətrafında fikir mübadiləsi aparıb.

Xatırladaq ki, İranın Ermənistandakı səfiri Mehdi Sobhani “3+3” formatında xarici işlər nazirlərinin növbəti görüşünün yaxın zamanlarda Türkiyədə keçiriləcəyini açıqlamışdı.

Onu da qeyd edək ki, “3+3” regional platformasına üç Cənubi Qafqaz ölkəsi (Azərbaycan, Ermənistan, Gürcüstan), eləcə də Türkiyə, Rusiya və İran daxildir.

About Author