XƏBƏRLENTİ

xeberlenti.com

Bakıda ATIŞMA: Bir nəfərin məhv edildiyi ərazidən GÖRÜNTÜLƏR

Bu gün Bakının Sabunçu rayonunda narkopritonda silahlı insident baş verib.

Əməliyyat tədbirində polis əməkdaşlarına silahlı müqavimət göstərən şəxs xidməti tabel silahı tətbiq olunmaqla zərərsizləşdirilib.

Baku TV-nin əməkdaşları sözügedən ərazidə olublar. Atışma baş verən yerdən görüntüləri təqdim edirik:

Paytaxtın Sabunçu rayonunda narkopritonda silahlı insident olub.

Xeberlenti.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, sentyabrın 4-də saat 21 radələrində paytaxtın Sabunçu rayonunda polis əməkdaşları tərəfindən evlərin birində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqəli daxil olan məlumat üzrə əməliyyat keçirilib.

Əməliyyat tədbirində polis əməkdaşlarına silahlı müqavimət göstərən şəxs xidməti tabel silahı tətbiq olunmaqla zərərsizləşdirilib.

Müəyyən edilib ki, narkopriton təşkil edən şübhəli şəxs əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə dəfələrlə məhkum olunmuş Akif Zakir oğlu Məmmədovdur.

Hadisə yerindən 2 kq müxtəlif növlü narkotik vasitələr və “Makarov” markalı tapança aşkar olunaraq götürülüb.

Fakt üzrə araşdırmalar davam etdirilir.

About Author