İran KİV-ləri Zəngəzur dəhlizi ilə bağlı Rusiyaya xəbərdarlıq materialları yayır
İranın rəsmi medialarından biri olan “Tasnim” Rusiyanın Zəngəzur dəhlizi ilə bağlı mövqeyini kəskin tənqid edib.
Xeberlenti.com xəbər verir ki, “Tasnim” İranın heç bir halda Zəngəzur dəhlizi ideyasını qəbul etməyəcəyini bir daha vurğulayıb.
Eyni zamanda, məqalədə qeyd olunur ki, İran bununla bağlı diplomatik kanallar vasitəsilə Rusiyaya sərt xəbərdarlıq edib.
Məqalədə “Ruslara məsləhət görürük, Zəngəzur dəhlizi kimi xəyali ideyanı unutsunlar”-ifadəsi də diqqət çəkib.