ABŞ-nin Akron şəhərində partlayıcı kimyəvi maddələrin saxlandığı anbarda güclü yanğın başlayıb. Bununla əlaqədar sakinlər evlərindən təxliyə edilir.
Xeberlenti.com-un Oxu.az-a istinadən verdiyi məlumata görə, bu barədə ABC xəbər yayıb.
Bildirilir ki, anbarda metanol, ksilol və propan kimi maddələr saxlanılır.
Şahidlərin sözlərinə görə, yanğın ərazisində güclü kimyəvi qoxu hiss olunur.
Zərərçəkənlər barədə hələlik məlumat yoxdur.