XƏBƏRLENTİ

xeberlenti.com

ABŞ-də güclü partlayışa görə bir şəhər boşaldılır

ABŞ-nin Akron şəhərində partlayıcı kimyəvi maddələrin saxlandığı anbarda güclü yanğın başlayıb. Bununla əlaqədar sakinlər evlərindən təxliyə edilir.

Xeberlenti.com-un  Oxu.az-a istinadən  verdiyi məlumata görə, bu barədə ABC xəbər yayıb.

Bildirilir ki, anbarda metanol, ksilol və propan kimi maddələr saxlanılır.

Şahidlərin sözlərinə görə, yanğın ərazisində güclü kimyəvi qoxu hiss olunur.

Zərərçəkənlər barədə hələlik məlumat yoxdur.

About Author