Qəzza zolağında atəşkəs həm Fələstinin radikal HƏMAS hərəkatından asılıdır, həm də İsraildən. ABŞ yaxın günlərdə onlardan bu məsələ ilə bağlı yekun cavab alacağına ümid edir.
Xeberlenti.com xəbər verir ki, bunu ABŞ dövlət katibi Antoni Blinken Haitiyə səfərindən sonra Port-o-Prinsdə keçirdiyi mətbuat konfransında deyib.
“İndiki məqamda mənə elə gəlir ki, hər iki tərəf bu qalan məsələlərdə razılığa gəlməlidir və biz ilk növbədə tərəfdaşlarımızla – Misir və Qətərlə çox fəal danışıqlar aparırıq”, – deyə o, Vaşinqtonun əsas məsuliyyəti hara qoyması ilə bağlı sualı cavablandırıb.
“Və gözləyirəm ki, yaxın günlərdə fikirlərimizi İsrail və HƏMAS ilə bölüşəcəyik, üçümüz həll olunmamış qalan məsələlərin necə həll olunacağını dəqiq müzakirə edəcəyik”, – dövlət katibi əlavə edib.