İranın cənub-şərqində yerləşən Sistan-Bəlucistan əyalətində kəskin su qıtlığı yaşanır.
Xeberlenti.com xəbər verir ki, bu barədə İran İslam Respublikası parlamentinin deputatı Fədahüseyn Maliki bildirib.
Onun sözlərinə görə, “Taliban” hələ də Helmand çayından İrana su hüququnu ötürməyib. “Taliban inanır ki, daşqınlar su hüququ deməkdir”.
İran və Əfqanıstan arasında gərginlik “Taliban” tərəfindən 1973-cü ildə imzalanmış suyun bölüşdürülməsi müqaviləsini pozması səbəbindən artıb. Razılaşmaya görə, Əfqanıstan hər il Helmand çayından 820 milyon kubmetr su buraxmağa borcludur, lakin İran hakimiyyəti Kabilin bunuəngəllədiyini bildirib. Tehran xəbərdarlıq edib ki, İran su hüquqlarına hörmət etmək üçün təzyiq göstərməkdən çəkinməyəcək.