İsrail Müdafiə Qüvvələri (IDF) 7 oktyabr hücumunda birbaşa iştirak edən 3 yüksək səviyyəli HAMAS rəsmisinin öldürüldüyünü açıqlayıb.
Xeberlenti.com xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.
Qeyd edilib ki, HAMAS hava qüvvələrinin Qəzzadakı rəhbəri Samer Ismail Khadr Abu Daqqa, HAMAS-ın Hərbi kəşfiyyat bölməsində Müşahidə və Hədəflər departamentinin rəhbəri Osama Tabesh və HAMAS-ın digər yüksək rütbəli zabiti Ayman Mabhouh zərərsizləşdirilib.