XƏBƏRLENTİ

xeberlenti.com

Kolleclərə qəbul olunanlar üçün qeydiyyat başladı

Sentyabrın 10-da ümumi orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə qəbul olunanlar üçün qeydiyyat prosesinə start verilib.

Xeberlenti.com  xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.

Qəbul olunan şəxslər  https://portal.edu.az/ platformasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməklə müraciət edə bilərlər.

Qeyd edək ki, elektron sistem üzrə qeydiyyat 17 sentyabr saat 18:00-da başa çatacaq.

About Author