XƏBƏRLENTİ

xeberlenti.com

İsrail ordusunun helikopteri Qəzzada qəzaya uğrayıb, iki hərbçi həlak olub

İsrail ordusunun helikopteri Qəzzada qəzaya uğrayıb.

Xeberlenti.com xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.

Məlumata görə, İsrail Hərbi Hava Qüvvələrinə məxsus “Yanşuf” helikopteri Qəzzanın Rəfah bölgəsinə eniş edərkən qəzaya uğrayıb.

Qəza nəticəsində iki İsrail əsgəri həlak olub, bir neçə nəfər isə yaralanıb.

Qəzanın səbəbləri araşdırılır.

About Author