XƏBƏRLENTİ

xeberlenti.com

The Economist: Qaz hasilatı 2024-2028-ci illərdə Azərbaycanda iqtisadi artımı təmin edəcək

Artan qaz hasilatı 2024-28-ci illərdə Azərbaycanda real ümumdaxili məhsul (ÜDM) artımını təmin edəcək.

APA-Economics” xəbər verir ki, bu barədə “The Economist Group”un araşdırma və təhlil bölməsi olan “Economist Intelligence Unit”in (EIU) ölkə ilə bağlı proqnozunda bildirilib.

EIU hesab edir ki, neftin qiyməti 2028-ci ilə qədər 70 ABŞ dolları/bareldən yuxarı qalacaq. Azərbaycanın orta müddətli artımı qeyri-neft və qaz sektorlarında istehsalın artmasından da faydalanacaq. 2024-28-ci illər üzrə iqtisadi artım proqnozu on illik tarixi orta göstəricidən daha yuxarı olacaq.

“The Economist” ümumilikdə 2024-cü il üzrə Azərbaycanda 2,6%, 2025 və 2026-cı illərdə 2,9%, 2027-ci ildə 3,1% və 2028-ci ildə isə 3,2% iqtisadi artım proqnozlaşdırıb.

About Author