Xəbər verildiyi kimi, ötən gecə Ukrayna PUA-ları Tver vilayətində nəhəng silah anbarına zərbə endirib və nəticədə böyük partlayış, yanğın baş verib. Yanğının hələ də davam etdiyi bildirilir.
Tanınmış ukraynalı hərbi ekspert Aleksandr Kovalenkonun bildirdiyinə görə, bu anbarın məhv edilməsi Rusiya ordusunun potensialına ağır zərbə olacaq. Onun iddiasına görə, bu sursat Rusiyaya 10 aylıq aktiv döyüş əməliyyatları üçün kifayət edə bilərdi: “Tver vilayətindəki anbar öz arsenalında 460.000 ədəd 122 mm-lik mərmi və 10 milyon 82 mm-lik mina da daxil olmaqla 30.000 tona qədər sursat saxlaya bilər. Bu, 10 aylıq aktiv döyüş əməliyyatları və ya bir ildən çox orta intensivlikli döyüş üçün kifayətdir”.
Kovalenko vurğulayıb ki, böyük ehtimalla həmin anbarlarda başqa sursat növləri də var: “Ukrayna hərbçilərinin məlumatına görə, anbarda “İskəndər”, “Toçka-U” raketləri, KAB-lar və artilleriya sursatları saxlanılıb. Bütün bunları söndürmək o qədər də asan olmayacaq. Düşünürəm ki, neft bazaları ilə olduğu kimi, eyni şeyi edəcəklər: hər şey yanıb-sönənə qədər kənardan baxacaqlar…”