XƏBƏRLENTİ

xeberlenti.com

Deputatlara vəsiqələri bu tarixdə veriləcək

Sentyabrın 27-də VII çağırış Milli Məclisin deputatlarına vəsiqələri təqdim ediləcək.

Xeberlenti.com-un  əldə etdiyi məlumata görə, vəsiqələri Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov parlamentdə təqdim edəcək.

Qeyd edək ki, Milli Məclisin 2024-cü ildə payız sessiyasının ilk iclası isə sentyabrın 30-na təyin olunub.

About Author