“Cənubi Qafqazda daimi sülh üçün mühüm fürsət əldə edilib”.
Xeberlenti.com Qafqazinfo-ya istinadən xəbər verir ki, bunu BMT Baş Assambleyasının 79-cu sessiyasında iştirak etmək üçün Nyu-Yorkda səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-dəki Türk Evində bir sıra Amerika analitik mərkəzlərinin nümayəndələri ilə görüşdə deyib.
“Azərbaycan və Ermənistanla birlikdə Cənubi Qafqazda daimi sülh və sabitlik üçün mühüm bir fürsət əldə edilib”, – deyə Türkiyə lideri bildirib.