XƏBƏRLENTİ

xeberlenti.com

İsveçrə Livandakı vətəndaşlarına ölkəni tərk etmələri ilə bağlı çağırış edib.

Xeberlenti.com xəbər verir ki, bununla bağlı İsveçrənin xarici işlər naziri Mariya Malmer Stenerqard “X” hesabında paylaşım edib.

“Livandakı vəziyyət təhlükəlidir. Bu ölkəyə səyahət etməyiniz tövsiyə edilmir, mümkündürsə, oranı tərk edin”, – deyə XİN rəhbəri qeyd edib.

Xatırladaq ki, sentyabrın 22-si İsrail ordusu Livanda “Hizbullah” hərəkatının obyektlərinə zərbələr endirib. Nəticədə 492 nəfər həlak olub, azı 1645 nəfər xəsarət alıb.

About Author