XƏBƏRLENTİ

xeberlenti.com

Mirzoyan: Ermənistan Azərbaycanla ən qısa zamanda sülh sazişi imzalamağa hazırdır

Mirzoyan: Ermənistan Azərbaycanla ən qısa zamanda sülh sazişi imzalamağa hazırdır
Ermənistan Cənubi Qafqazda sabitliyin bərqərar olmasında maraqlıdır və Azərbaycanla ən qısa zamanda sülh sazişi imzalamağa hazırdır.

Xeberlenti.com xəbər verir ki, bunu Nyu-Yorkda BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində ATƏT-in fəaliyyətdə olan sədri, Maltanın xarici işlər naziri və Malta Parlamentinin üzvü İan Borqla görüşü zamanı Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib.

Bundan əlavə, A.Mirzoyan italiyalı həmkarı Antonio Tayani ilə də danışıqlar aparıb. Tərəflər, həmçinin İrəvan və Bakı arasında münasibətlərin normallaşdırılması prosesini müzakirə ediblər.

About Author