Xeberlenti.com-un məlumatına görə, Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti təşkilatçılığı ilə həyata keçirilən tədbirdə çoxsaylı yerli və xarici qonaqlar iştirak edir.
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi İlqar Musayev Azərbaycanın kibertədbirlərdə önəminin artmasından danışıb. Xidmət rəisi bu gün regionumuzda ilk dəfə baş tutan tədbirin xüsusi əhəmiyyətli olduğunu deyib.
Tədbirdə Milli Məclisin sədr müavini Ziyafət Əsgərov da çıxış edib. O, müasir dünyanın ən vacib məsələlərindən birinin kiberdiplomatiya olduğunu qeyd edərək, bu sahədə hazırda ölkədə önəmli işlər görüldüyünü bildirib.
Ziyafət Əsgərov bugünkü müzakirələrin hər kəs üçün önəmli olacağını qeyd edib.
Tədbir digər qonaqların iştirakı ilə davam edir.