XƏBƏRLENTİ

xeberlenti.com

Rusiyanın Baş naziri Ermənistana səfər edəcək

Rusiyanın baş naziri Mixail Mişustin oktyabrın 1-də Ermənistana səfər edəcək.

Xeberlenti.com xəbər verir ki, bu barədə Rusiya hökumətinin mətbuat xidməti məlumat yayıb.

O, burada Avrasiya Hökumətlərarası Şurasının iclasında və Avrasiya İqtisadi Forumunun plenar iclasında iştirak edəcək.

Məlumata görə, sessiya zamanı Rusiya, Ermənistan, Belarus, Qazaxıstan və Qırğızıstan hökumətlərinin rəhbərləri Avrasiya İqtisadi İttifaqı çərçivəsində inteqrasiyanın dərinləşdirilməsinin cari məsələlərini müzakirə edəcəklər.

Bundan əlavə, hökumət başçıları 2030-cu ilə qədər Avrasiya İqtisadi İttifaqı çərçivəsində sənaye əməkdaşlığının əsas istiqamətlərini müzakirə edəcəklər.

About Author