İranda bütün uçuşlar ləğv edilib

Xeberlenti.com RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə məlumatı Mülki Aviasiya Təşkilatının nümayəndəsi Cafar Yazerlu açıqlayıb.

“Uçuşların təhlükəsizliyini təmin etmək üçün İranda oktyabrın 3-ü səhər 05:00-a qədər bütün reyslər ləğv edilib”, – deyə Yazerlu bildirib.

Xatırladaq ki, oktyabrın 1-də İran İsrail ərazisinə kütləvi raket zərbələri endirib. İsrail Müdafiə ordusu İrandan ölkə ərazisinə təqribən 180 raket atıldığını bəyan edib.

About Author