“İran İsrail ərazisinə təqribən 180 raket atıb”.
Xeberlenti.com TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı İsrail Müdafiə Ordusunun Mətbuat xidmətinin nümayəndəsi Anna Ukolova açıqlayıb.
Onun sözlərinə görə, raketlərin əksəriyyəti zərərsizləşdirilib: “İsrailin Hərbi Hava Qüvvələrinin döyüş qabiliyyətinə zərər dəyməyib”.
Ukolova, həmçinin qeyd edib ki, İsrailin mərkəzində və cənubunda bir neçə binaya raket düşsə də, vurulan zərər minimaldır.
Xatırladaq ki, oktyabrın 1-də İran İsrail ərazisinə kütləvi raket zərbələri endirib. Bundan əvvəl, “Jerusalem Post” İrandan İsrailə doğru 400-ə yaxın raket atıldığını yazmışdı.