XƏBƏRLENTİ

xeberlenti.com

Putin: Rusiya ilə Azərbaycan arasında münasibətlər müsbət inkişaf edir

Rusiya ilə Azərbaycan arasında münasibətlər müsbət inkişaf edir.

Xeberlenti.com  AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə bildirib.

Rusiya Prezidenti vurğulayıb: “Dərhal qeyd etmək istərdim ki, münasibətlər müsbət inkişaf edir, biz bunu hələ Azərbaycana səfər zamanı bildirmişdik: əmtəə dövriyyəsi 4 dəfədən çox – 4,3 milyard dollardır, bizim Azərbaycan iqtisadiyyatına birbaşa investisiyalarımız dörd milyard dollardan çoxdur, energetika sahəsində də, infrastrukturun inkişafı üzrə də çoxlu yaxşı, maraqlı layihələr var”.

About Author