Şabran şəhərinin daha bir ünvanında antisanitar vəziyyət sakinləri narahat edir.
Xeberlenti.com xəbər verir ki, Məhəmməd Əsədov küçəsindəki zibillik böyük əraziyə yayılıb, xoşagəlməz vəziyyət yaranıb:
“İllərdir ki, bu ərazi təmizlənmir. Ətrafda zibil qutuları olmadığından vətəndaşlar tullantıları bura atmağa məcbur olurlar. İtlər zibilləri ətrafa dağıdır. İydən, üfunətdən beyin çatlayır, ərazidən keçmək mümkün deyil”, – deyə sakinlər bildiriblər.