XƏBƏRLENTİ

xeberlenti.com

Rusiya Milli Qvardiyasının general-mayoru korrupsiya işi üzrə həbs edilib

Rusiya Milli Qvardiyasının (“Rosqvardiya”) general-mayoru Konstantin Ryabıx korrupsiyaya qarşı mübarizə tədbirləri çərçivəsində həbs edilib.

TASS-a  xəbər verir ki, bu barədə “Rosqvardiya”nın mətbuat xidməti məlumat yayıb.

“Bu günlərdə “Rosqvardiya”nın Baş Təhlükəsizlik İdarəsi Rusiya Federal Təhlükəsizlik Xidmətinin Hərbi Əks-kəşfiyyat Departamenti ilə birlikdə qurumun departamentlərindən birinin keçmiş rəhbəri general-mayor Ryabıx həbs edilib”, – məlumatda qeyd olunub.

Bildirilib ki, həbs korrupsiya təzahürlərinə qarşı mübarizə tədbirləri çərçivəsində həyata keçirilib.

About Author