Türkiyə Ukraynanın ərazi bütövlüyü və suverenliyi məsələlərində çox prinsipial mövqe tutub.
Ukrayna Prezidenti Vladimir Zelenski türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşdən sonra belə açıqlama verib. O bildirib ki, Türkiyənin mövqeyi qlobal əhəmiyyət kəsb edir. Rusiya-Ukrayna müharibəsinin etibarlı və qalıcı sülhlə yekunlaşdırılmasının vacibliyindən danışan Zelenski bildirib ki, bu danışıqlar ədalətli olarsa və Ukrayna, ABŞ və Avropa masada olarsa, danışıqlar məhsuldar ola bilər. Zelenski bəyan edib ki, Türkiyə də danışıqlar masasında olmalıdır.Zelenski, Rusiya-Ukrayna müharibəsinin çətin anlarında Kiyevə göstərdikləri dəstəyə görə Türkiyəyə təşəkkür edib.
Qeyd edək ki, Vladimir Zelenski Ankaraya səfər edərək, türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşüb.