Bir neçə gündür davam edən soyuq və qarlı hava şəraiti taksilərin də qiymətinə təsir edib. Xüsusən “manatlıq” adlanan qanunsuz fəaliyyət göstərən taksilərin qiyməti kəskin artıb.
Xeberlenti.com xəbər verir ki, qiymət dəyişikliyi təkcə taksilərdə deyil həmdə qanunsuz fəaliyyət göstərən avtobuslarada təsir edib.
Qiymət artımına əsas səbəb marşrut avtobuslarının olmamasından istifadə edən “manatlıq” taksi sürücüləri adi günlərdə Bakıətrafı qəsəbələrdə və Sumqayıt istiqamətinə 1-2 manata sərnişin aparırdılarsa, hazırda fərqli istiqamətlərdə bu qiymət 5-10 manat arasındadır. Həmçinin qanunsuz fəaliyyət göstərən Hyundai və Mercedes Sprinter markalı avtobuslarda isə 2 manatdan sərnişin daşımaları ediblər.
Məsələn, Azadlıq metrosundan Mehdiabad, Fatmayı, Novxanı və Sumqayıt istiqamətində hərəkət edən taksilər “fürsətdən” yararlanaraq qiyməti 10 manata qədər qaldırıblar.
Sürücülərin bu cür fürsətdən istifadə edərək süni qiymət artımı etmələri sərnişinlərin narazılığı ilə qarşılanıb.
Həsən
Xeberlenti.com