XƏBƏRLENTİ

xeberlenti.com

Xalq şairi yoxsa Rus şairi? Çingiz Abdullayev kimdir?

Azərbaycan Yazıçılar Birliyinin birinci katibi Çingiz Abdullayevə qarşı hər zaman cəmiyyət arasında bir mənalı münasibət olmayıb. Belə ki, xalq şairi yazdığı əsərlərlə deyil, cəmiyyətdə göstərdiyi mövqeyi ilə xalqını sevgisini yox “nifrətini” qazanıb.

 

Keçmişdən günümüzə ölkəmizi beynəlxalq arenada təmsil edən çoxsaylı şəxslər olsada onlardan heç bir sağ ikən bu qədər nifrət qazanmamışdı. Gəlin baxaq görək Çingiz Akifoviç kimdir? Xalqın yazıçısıdır yoxsa Rusiyanın burada ki agenturası?

 

Ötən il dekabrın 25-də Aktau yaxınlığında qəzaya uğrayan AZAL-ın Bakıdan Qroznıya uçan sərnişin təyyarəsini birmənalı olaraq Rusiyanın hava hücumundan müdafiə (HHM) sistemi vurulması Rusiya və Azərbaycan arasında münasibətlərə mənfi təsir etmişdi. Nəticədə Rus propaqanda maşını olan Sputnik Azərbaycan və digər agentura şəbəkəsinin ölkəmizdə fəaliyyəti dayandırıldı. Buna etiraz edənlərdən biridə məhz elə Çingiz Abdullayev olub. Maraqlıdır, onun Rusiya qardaşları ilə Azərbaycanın arasında olan gerginlik onun nə üçün xoşuna gəlməyib? Üstəlik rus məktəblərin bağlanması məsələsi gündəmə gəldikdə dünya şöhrətli yazıçımız yaman narahat olub.

“Dünya şöhrətli yazıçı”

Əgər Çingiz Abdullayev dünya şöhrətli yazıçıdırsa, niyə bir dənə də olsun Beynəlxalq festivala dəvət almır? Niyə hansısa Beynəlxalq ədəbi mükafatlardan birinə layiq görülmür? Nə üçün Beynəlxalq müsabiqələrin bir dənəsinə jüri üzvü kimi dəvət olunmur? Niyə “Netflix”də kitablarını ssenariləşdirib serillar, filmlər çəkmirlər? Hanı Çingiz müəllimin prestijli, samballı dünya şöhrətli ədəbi jurnallara, saytlara, dərgilərə müsahibələri? Niyə dünyada onu hansısa məşhur verilişə dəvət etmirlər? Onun kitabları haqqında nə üçün dünya şöhrətli ədəbi tənqidçilər bir dənə məqalə yazmırlar? Niyə heç kim onun kitablarını təhlil etmir?

Dünya şöhrətli yazıçıdırsa, hanı dünyada “ən çox satılanlar” siyahısındakı məlumatları? Dünya şöhrətli yazıçıdırsa, hansı ədəbi jurnal onun haqqında, ən azı “valehedicidir” sözünü yazıb? Dünya şöhrətli yazıçının dünya şöhrətli tərcüməçiləri, dünya şöhrətli redaktorları olur. Hanı bu adamlar? Dünya şöhrətli yazıçıdırsa, hansı dünya şöhrətli nəşriyyatlarla əməkdaşlıq edir? Dünya şöhrətli yazıçıdırsa, ədəbi agenti kimdir? Dünya şöhrətli yazıçıdırsa, hansı dünyəvi problemə toxunub? Dünya şöhrətli yazıçıdırsa, nə üçün Bukerin uzun siyahısına düşmür? Dünya şöhrətli yazıçıdırsa, niyə Beynəlxalq kitab sərgilərində, kitab fuarlarında iştirak etmir? Dünya şöhrətli yazıçıdırsa, Salman Rüşdini, Herta Mülleri, Orhan Pamuku, Elif Şafakı, Llyosanı, Etqar Kereti tanıyan, oxuyan oxucular Çingiz Abdullayevi də tanıyırlarmı?

Nə qədər istəyirsiz uzada bilərik. Amma bu sualların bir cavabı var: Çingiz Abdullayev dünya şöhrətli yazıçı deyil.

Dünya şöhrətli yazıçı olmaq üçün ilk növbədə dünyada tanınmalısan. Onu bizdə evdar qadınlar, homoseksuallar, çolkalı oğlanlar və daha çox tələbə qızlar oxuyur. Dünyada bəs kim oxuyur? Uzağı post-sovet ölkələrində, Rusiyada kimsə metroda cibinə atar ki, yolda vaxtını öldürsün. Belə dünya şöhrətli yazıçı olar? Avropada itətök detektiv yazıçı var. Daş atırsan, gedib detektiv yazıçıya dəyir. Özü də hamısı Çingiz müəllimdən qat-qat yaxşı yazır. Neynirlər Çingiz Abdullayevi? Kimə lazımdır onun yazdıqları? Kimə lazımdır onun Dronqosu?

 

Çingiz Abdullayev və yaxşı bilmədiyi Azərbaycan dili

 

Bəlkə də, bu yazını rus dilində yazmalı idik ki, Çingiz müəllim oxuyub nəsə başa düşsün. Çünki o Azərbaycan dilində bilmir. Adicə məişət dilində azərbaycanca danışmağa qadir deyil. Çingiz müəllim kitablarını rusca yazır, onun Azərbaycan dilində olan kitablarının hamısı tərcümədir. Çingiz müəllim nəinki Azərbaycan dilində bilmir, heç Azərbaycan dilində yazmağı da bacarmır. Bir Xalq yazıçısının Azərbaycan dilini bilməməyi sadəcə dəhşətdir.

 

Yazıçının işi dillədir. Əgər dili bilmirsənsə, nə yaza bilərsən?

 

İyirmi ildir eyni şeyləri təkrarlamaq, İmam Hüseynə aşiqlik etmək, qadınların sevgisi ilə öyünmək, 30 milyon kitabının tirajını hər yerdə vurğulamaq, mediaya nifrətli münasibət, onu tənqid edən adamlara qarşı sağlam olmayan mövqe… Vallah, bu, yazıçılıq deyil. Çingiz müəllim kommersantdır, “karinnoy” Bakılıdır, şəhər uşağıdır, əməkçidir. Amma yazıçı deyil.

 

H.Məmmədov

Xeberlənti.com

 

 

 

 

About Author