XƏBƏRLENTİ

xeberlenti.com

Yaddaş zəifliyinin əsl səbəbləri – ARAŞDIRMA

Yaddaş zəifliyi, günümüzdə bir çox insanın üzləşdiyi və narahatlıq duyduğu bir məsələdir. Adətən bu, yaşlanma ilə əlaqələndirilsə də, son dövrlərdə gənclərdə və orta yaşlı insanlarda da yaddaşın itirilməsi hallarına rast gəlinir.
Xeberlenti.com-un məlumatına əsasən, aparılan son araşdırmalar yaddaş zəifliyinin müxtəlif amillərdən qaynaqlandığını ortaya çıxarıb.
Bu səbəblər nələrdir?

1. Genetik faktorlar və irsi əlaqə

Yaddaş zəifliyində əsasən genetik faktorların ciddi rol oynadığı bildirilir. Xüsusilə alzheimer və digər neyroloji xəstəliklərdə genetik irsiyyətin əhəmiyyəti böyükdür. Araşdırmalar göstərir ki, yaddaş problemi ilə üzləşən insanların yaxın qohumlarında da eyni vəziyyətin yaşanma ehtimalı yüksəkdir. Lakin hələ də bu genetik amillərin dəqiq necə təsir etdiyinə dair tədqiqatlar davam edir.

2. Stres və psixoloji amil

Stres, depressiya kimi psixoloji vəziyyətlər yaddaşın başlıca “düşmənləridir”. Stresli vəziyyətlərdə beynin müəyyən hissələri, xüsusilə də hipokampus zədələnməyə məruz qalır ki, bu da unutqanlığa gətirib çıxarır. Uzunmüddətli stresin beyindəki neyron əlaqələrini tamamiləməhv etdiyi bildirilir.

3. Vitamin çatışmazlığı

Beynin funksiyasını düzgün yerinə yetirməsi üçün bəzi vitaminlər və minerallar vacibdir. B vitaminləri, xüsusən B12 və fol turşusu, yaddaşın qorunmasında mühüm rol oynayır. Vitamin D və dəmir çatışmazlığı da beyinin funksiyasına mənfi təsir edə bilər. Araşdırmalar göstərir ki, qeyri-sağlam pəhriz, fast food qidaların uzun müddətliqəbulu yaddaş zəifliyinə səbəb ola bilər.

4. Yuxu problemləri

Yuxu keyfiyyəti və miqdarı da yaddaş üzərində ciddi təsirə malikdir. Yuxusuzluq və ya normadan az yuxu, beyindəki sinir əlaqələrinin düzgün qurulmasına mane olur, nəticədə yaddaş zəifliyinə səbəb olur. Yuxu zamanı beyin yeni məlumatları emal edir və yaddaşa yazır, buna görə də yuxusuz qalan şəxslərdə yaddaş pozğunluğuna daha çoxrast gəlinir.

5. Fiziki aktivliyin azalması

Fiziki aktivliyin, xüsusilə ürək-damar sisteminin sağlam olması beynin də yaxşı işləməsinə kömək edir. Aktiv həyat tərzi qan dövranını artırır və beyin hüceyrələrinin oksigenlə zənginləşməsini təmin edir. Fərdi fiziki fəaliyyət azaldıqda isə beyin hüceyrələrinin fəaliyyəti zəifləyir və yaddaşda problemlər yaşanır.

6. Sosial təcrid – Tənhalıq

İnsanlar arasında əlaqə qurmaq, sosial fəaliyyətlərdə iştirak etmək beynin işinə müsbət təsir göstərir. Tək-tənha qalmaq, xüsusilə yaşlılarda yaddaş problemlərinə və ümumiyyətlə, beynin funksional azalmasına səbəb ola bilər.
Beləliklə, yaddaş zəifliyi yaşla bağlı deyil. Genetik faktorlardan psixoloji vəziyyətlərə, qidalanmadan fiziki aktivliyə qədər bir çox amil yaddaşın vəziyyətinə təsir edir. Yaddaş probleminin qarşısını almaq və ya onu minimuma endirmək üçün yuxarıda qeyd etdiyimiz amilləri nəzərə alaraq həyat tərzimizi tənzimləməliyik.
Aymirə Ağamirova

About Author