Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov 7 mart 2025-ci il tarixində Səudiyyə Ərəbistanı Krallığının Ciddə şəhərinə işgüzar səfərə yola düşüb.
Bu barədə Xeberlenti.com-a XİN-dəen məlumat verilib.
Səfər çərçivəsində nazir Ceyhun Bayramovun İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının fövqəladə iclasında iştirakı, habelə bir sıra ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.