ABŞ-nin vitse-prezidenti Cey Di Vensin dayısı oğlu Neyt Vens 2022-ci ildən Ukrayna tərəfində könüllü olaraq döyüşüb.
Xeberlenti.com xəbər verir ki, bu barədə Neyt Vens Le Figaro nəşrinə açıqlamasında bildirib.
O, bu ilin yanvar ayında ABŞ-a qayıdıb. Məlumata görə, Ukraynada müharibə başlayandan sonra Neyt Vens əvvəlcə Lvova gedib, daha sonra isə könüllü şəkildə Ukrayna Silahlı Qüvvələrinə qoşulub.
Neyt Vens ümumilikdə üç il Ukraynada olub, bunun iki il yarımını ən ağır döyüş meydanlarında keçirib. Vens xüsusilə Kupyansk, Baxmut, Avdeyevka və Pokrovsk uğrunda gedən döyüşlərdə iştirak edib.
“Le Figaro” qeyd edir ki, Neyt Vens və Cey Di Vens eyni babanın və nənənin nəvələridir. Belə ki, ABŞ-nin vitse-prezidentinin anası Neyt Vensin atası Ceymsin bacısıdır.
Neyt Vens 18-22 yaşlarında ABŞ dəniz piyadalarında xidmət edib, daha sonra isə neft şirkətində çalışıb.
O, ABŞ-ın keçmiş prezidenti Donald Tramp və Cey Di Vensin 28 fevralda Ukrayna prezidenti Volodimir Zelenski ilə keçirdiyi görüşdən məyus olduğunu bildirib.