Vətən mənim canımdır,
Vətən damarımda qanımdır.
Vətən babaların yadigarı
Vətən arzu diləyimizdir.
Vətənpərvərliyin ən bariz nümunəsi məktəbdən başlayır.İlk əlimizə qələm tutanda Ana Vətən yazmağı öyrədirlər bizlərə. Bu isə gələcək nəsillərin vətənpərvər ruhda yetişməsində ən vacib amillərdən biridir. Ana Vətəni sevməyi bizlərə uşaq yaşlarımızda aşılanır.
09 mart 2025-ci il tarixində Bakı şəhəri Binəqədi rayonunda yerləşən ‘YAĞMUR” restaranında “ON BİR AYIN SULTANI” adlı tədbir keçrildi. Azərbaycan Respublikası Şəhid Ailələrinə Qayğı İB-nin Xəzər rayon şöbəsinin sədri Şükufə Səfərova, Qayıdış və Bərpaya Dəstək İB- nin sədri, Zəngəzur İnformasiya Agentliyinin əməkdaşı Türkan Səfərovanın təşkilatçılığı ilə 50 nəfər şəhid ailəsi dəvət edərək onları bu müqəddəs ayda bir yerdə görməkdən fərəh duyduqlarını bildirdilər. İlk öncə qəhraman şəhidlərin xatirəsi ehtiramla anıldı,sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Daha sonra çıxıs edənlər Millət vəkilləri Aydın Mirzəyev,Ceyhun Məmmədov,Suraxanı rayon İcra Hakimiyyəti nümayənədləri,İB- n sədri Müşviq Əliyev, xeyriyəçi Leyla Əhmədova, İctimai Birliyin şöbə sədrləri şəhid ailələrinə ehtiramlarını bildirdilər və belə gözəl iftar süfrəsi açdığı üçün Şükufə və Türkanə Səfərovalara təşəkkür etdilər.
Türkanə Səfərova daima az təminatlı ailələrdən öz yardımlarını əsirgəmir. Ramazan ayında belə gözəl təşəbbus üçün başda “YAĞMUR” restoranın rəhbəri Elməddin İsmayıova və bütün kollektivinə yüksək xidmət üçün təşəkkür edirik. Vətən müharbəsində,”Qisas”,
” Antiterror” döyüslərində qəhrəmanlıqla döyüsərək şəhidlik zirvəsinə ucalan oğulların ailələri ilə görüşərək səmimi söhbət edərək hər zaman onlara dəstək olacaqlarını bildirdilər. Onu da qeyd edək ki,Şükufə və Türkan Səfərovalar hər zaman şəhid ailələrinə,qazilərə təmənnasız xidmət göstərdiklərini bildirdilər və onlara hədiyyələr təqdim etdilər.
Daha sonra isə bədii hissədə AZTV- nin solisti Yaqut Həsənova,Elsevər Muradov,xanəndə Adil İsmayılovun ifasında vətənpərvər mahnılar ifa olundu.
Yolunuz hər zaman uğurlu olsun Sukufə Səfərova və Türkanə Səfərova.
Vətənin vətənləşən övladları ilə qürur duyuruq.
Raziyə Kamilqızı
AYB və AJB-nin üzvü