XƏBƏRLENTİ

xeberlenti.com

Saray körpüsünün istifadəyə veriləcəyi TARİX AÇIQLANDI

Sumqayıt şəhərini Abşeron rayonunun Saray qəsəbəsi ilə birləşdirən Məhəmməd Əsədov küçəsində dəmiryol xətti və Samur-Abşeron kanalı üzərində yerləşən yeni körpüdə tikinti işləri yekunlaşmaq üzrədir.

Məlumata görə, körpünün martın sonu – aprelin əvvəli istifadəyə verilməsi planlaşdırılır.

Qeyd edək ki, artıq piyadalar körpü üzərindən hərəkət edirlər.

Xatırladaq ki, 1970-ci ildə inşa edilən körpü qəzalı vəziyyətdə olduğu üçün ötən ilin dekabrında sökülüb. Yeni körpünün tikintisi üçün 9 milyon 960 min manat vəsait ayrılıb.//xeberlenti.com

About Author