XƏBƏRLENTİ

xeberlenti.com

9 il həbs cəzası alan Saakaşvilidən ilk dəfə açıqlama

Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili Tiflis Şəhər Məhkəməsinin onun barəsində çıxardığı 9 illik həbs hökmünü gözlənilməz adlandırıb.

xeberlenti.com xəbər verir ki, bu barədə o, sosial şəbəkədə bildirib.

“Oliqarxın hökmü necə də sürpriz oldu, elə deyilmi? Mən prezident administrasiyasının rəsmi xərclərinə görə faktiki olaraq ömürlük həbsə məhkum edildim… Biz qorxmuruq! Güc birlikdədir!” – deyə o, yazıb.

Qeyd edə ki, “Mtavari” telekanalının məlumatına görə, Tiflis Şəhər Məhkəməsi Saakaşvilini dövlət büdcəsindən 9 milyon lari (təxminən 3,2 milyon dollar) mənimsəməkdə təqsirli bilib və onu 9 il azadlıqdan məhrum edib.

İttihama görə, Saakaşvili prezidentliyi dövründə dövlət büdcəsi hesabına özünə kostyumlar, palto alıb, oğlunun təhsil haqqını ödəyib və kosmetik prosedurlar etdirib.

Hazırda Saakaşvili artıq 6 illik həbs cəzasını çəkir. Daha əvvəl o, Sandro Girqvliyaninin qatillərini əfv etmək və deputat Valeri Gelaşvilini döydürmək ittihamları ilə məhkum olunub.

About Author