Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova BMT-nin Nyu-Yorkdakı baş qərargah binasında Qadınların Statusu Komissiyasının (CSW69) 69-cu sessiyasında çıxış edib.
Xeberlenti.com un ABŞ bürosu xəbər verir ki, B.Muradova çıxışında Azərbaycanın gender bərabərliyi və qadınların səlahiyyətləndirilməsi sahəsində dünya ölkələri üçün model olduğunu vurğulayıb.
O qeyd edib ki, ötən il Azərbaycan COP29-a ev sahibliyi edərkən gender məsələləri əsas müzakirə mövzularından biri olub və ilk dəfə “Gender Günü” keçirilib. Eyni zamanda, onillik müddət üçün nəzərdə tutulan Yenilənmiş Lima İş Proqramı qəbul edilib.
B.Muradova sessiya iştirakçılarını Azərbaycanda gender bərabərliyinin təmin olunması istiqamətində atılan addımlar barəsində məlumatlandırıb: “Bu sahədə əsas məsul qurum Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsidir. Parlamentin müvafiq komitəsi qanunvericilik səviyyəsində fəaliyyət göstərir və Milli Məclis hər il “Gender Bərabərliyinə Zəmanət Verilməsi Haqqında” Qanunun icrasını müzakirə edir.
Ölkənin müxtəlif regionlarında qadınlara dəstək və resurs mərkəzləri, bələdiyyələrdə gender komissiyaları və yerli icra hakimiyyətlərində gender üzrə əlaqələndiricilər fəaliyyət göstərir. Bu institutlar sayəsində məişət zorakılığı, erkən nikahlar və qohum nikahlarının qarşısının alınması üçün qanunvericilikdə yeni tənzimləyici normalar qəbul edilib”.

Bundan əlavə, Dövlət Komitəsinin koordinasiyası ilə yerli icra hakimiyyətləri yanında monitorinq və əlaqələndirmə qrupları yaradılıb. “Məişət Zorakılığı ilə Mübarizə üzrə Milli Fəaliyyət Planı” tamamlanıb və yeni plan hazırlanıb. Eyni zamanda, “Gender Bərabərliyi üzrə Milli Fəaliyyət Planı” yenilənib”.

Komitə sədri Azərbaycanda qadınların siyasi sferada iştirakının artdığını deyib: “Son parlament seçkilərində qadın deputatların tərkibi 21 faizə yüksəlib, bələdiyyələrdə isə bu göstərici 39 faizə çatıb”.
B.Muradova vurğulayıb ki, ədalətsiz müharibələr, işğal və etnik təmizləmə qadın və uşaqlar üçün ən böyük zorakılıq formalarından biridir. Azərbaycan ərazi bütövlüyünü bərpa etsə də, bir zamanlar mövcud olmuş işğalın fəsadları hələ də mülki əhaliyə təsir edir: “Bizim dörd minə yaxın itkin düşmüş vətəndaşımız var ki, onların arasında 75 uşaq və 116 qadın var. Azad edilmiş ərazilərin mina ilə çirklənməsi isə yenidənqurma və məcburi köçkünlərin qayıdışını ləngidir. 2020-ci ildən bəri təxminən 400 insan mina partlayışlarının qurbanı olub, ya həlak olub, ya da yaralanıb”.
O, sonda bütün ölkələri sülh və təhlükəsizliyin təmin olunması üçün səylərini artırmağa çağırıb və Pekin Bəyannaməsi çərçivəsində qadınların bütün sahələrdə bərabər iştirakının təmin edilməsinin vacibliyini vurğulayıb.